İtaliya çempionu Vidala görə 40 milyon istəyir

02:46 - 5 İyun 2015

“Real” çilili futbolçunu transfer edə biləcəkmi?   
 
"Yuventus"un aparıcı üzvü Arturo Vidal karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
 
Sportal.az xəbər verir ki, Madrid "Real"ı yayda çilili futbolçunu İtaliya çempionundan qoparmaq istəyir.
 
Baş məşqçi Rafael Benitesin də 28 yaşlı futbolçunun xidmətindən yararlanmaq istəyi madridliləri hərəkətə gətirib.
 
Çempionlar Liqasının final matçını gözləyən “Kral klubu”nun rəsmiləri oyundan sonra turinlilərlə danışıqlar aparacaq. "Arsenal" və "Mançester Yunayted"in maraq dairəsinə düşən futbolçunun transferinə görə qarşı tərəf 40 milyon avro tələb edir. Vidalın keçidinə görə hansısa klubun bu məbləği ödəyib-ödəməyəcəyi maraqla gözlənilir.
 
Qeyd edək ki, ötən mövsüm "Yuventus"un heyətində 48 oyuna çıxan Vidal 4 qol vurub və 8 məhsuldar ötürmə edib. 

Xəbər xətti