“Yuventus”un sabiq futbolçusu şansları dəyərləndirdi
"Yuventus"un sabiq ulduzu Alessandro Del Pyero maraqlı fikirləri ilə diqqət çəkib.
Sportal.az xəbər verir ki, italiyalı futbolçu Çempionlar Liqasında "Yuventus" və "Barselona" arasında keçiriləcək final qarşılaşmasında favoritin olmadığını deyib:
"Hər iki komanda yaxşı təsir bağışlayır. Belədə hansı komandanın güclü olduğunu demək çətindir. Final qarşılaşması bir oyundan ibarətdir. Ona gərə də şanslar eynidir. Həm “Yuventus" həm də “Barselona" yaxşı oyun nümayiş etdirir. Hər iki komanda finala layiqdir. Sözsüz ki, finala daha yaxşı hazırlaşan komanda kuboku qazanacaq”.
Qeyd edək ki, iyunun 6-da Berlində keçiriləcək "Barselona" - "Yuventus" final qarşılaşması Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
saytlarin hazirlanmasi