Benites inanır ki, Hamşik "Real"ı seçəcək
"Napoli"nin istedadlı yarımmüdafiəçisi Marek Hamşiklə "Real" və "Mançester Siti" klubları yaxından maraqlanır.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, "kral" klubunun yeni baş məşqçisi Rafael Benites Hamşikin "Real"ı seçəcəyinə əminliyini bildirib. 27 yaşlı futbolçunun 2018-ci ilə qədər "Napoli" ilə müqaviləsi olsa da, onun komandadan ayrılacağı gözlənilir.
Qeyd edək ki, slovakiyalının transfer qiyməti 30 milyon avro dəyərində göstərilir.
saytlarin hazirlanmasi