Yarımmüdafiəçi Premyer Liqada?
Donetsk "Şaxtyor"unun yarımmüdafiəçisi Duqlas Kosta karyerasını İngiltərədə davam etdirə bilər.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Çelsi" 24 yaşlı braziliyalı futbolçu üçün 20 milyon funt-sterlinqlik təklif yollamaq niyyətindədi.
Qeyd edək ki, Kosta bu mövsüm "Şaxtyor"un heyətində çıxdığı 28 matçda 5 qol və 6 asistlə yadda qalıb.
saytlarin hazirlanmasi