Teleyayım hüququ klublara veriləcək
Klublar Komitəsinin bu gün keçirilən iclasında yeni mövsüm üçün teleyayım məsələsi müzakirə olunub.
Sportal.az xəbər verir ki, bu barədə Komanda.az-a Klublar Komitəsinin sədri Tuyqun Nadirov məlumat verib:
"Bu gün müzakirə olunan məsələlərdən biri də teleyayım məsələsi idi. Qərara gəldik ki, növbəti mövsümdən teleyayım hüququ klublara verilsin. Əvəzində "İdman Azərbaycan" və ya yayımı üzərinə götürən başqa telekanal klublara buna görə haqq ödəsin. Bu haqq şərt deyil ki, pul şəklində olsun. Məsələn, klubun sponsorunun həmin telekanalda havayı reklam olunması şəklində də ola bilər. Amma bir şərtlə ki, klub oyunun yayımını təşkil edə bilsin, problem yaratmasın".
saytlarin hazirlanmasi