Muarem Muarem "Eskişehirspor"da RƏSMİ

15:23 - 5 İyun 2015

10 nömrəli forma ilə çıxış edəcək

 

"Bu transferin gerçəkləşməsində əməyi olan hər kəsə təşəkkür edirəm. Burada yaxşı işlər görmək istəyirəm. Bunun üçün əlimdən gələni edəcəm" - bu sözləri Türkiyənin "Eskişehirspor" klubuna keçidi rəsmiləşən Muarem Muarem deyib.

 

Sportal.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "Qarabağ"ın sabiq futbolçusu yeni klubu ilə üç illik müqavilə imzalayıb. O, "Eskişehirspor"da 10 nömrəli forma ilə çıxış edəcək.

Xəbər xətti