Respublika birinciliyi
"Qəbələ" İdman Klubunun güləş bölməsi uğura imza atıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeniyetmələrin (2001-2002) sərbəst güləş üzrə respublika birinciliyində mübarizə aparan idmançılar turniri 3 medalla başa vurublar. Məmməd Nuriyev (50 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Əli Həsənov (85 kq) və Elgün Səmədov (38 kq) birinciliyin bürünc medalına sahib olublar.
saytlarin hazirlanmasi