Qarşılaşmada 14 qol
Bu gün İtaliyanın Kataniya şəhərində təşkil olunan çimərlik futbolu üzrə Euro Winners Cup turnirində pley-off mərhələsinin oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan çempionu "Amrahbank" bu mərhələdə İspaniyanın "Bala Azul" klubu ilə qarşılaşıb. Təmsilçimiz bu dəfə də darmadağınla qalib gəlib. Nəticədə, Azərbaycan klubu 1/4 finala vəsiqə qazanıb.
"Amrahbank" - "Bala Azul" - 9:5
Qollar: Sabir Allahquliyev, 6 (1:0), 36 (9:4), Ramil Əliyev, 8 (2:0), Hikmət Bağırov, 9 (3:1), Əbdül Əliyev, 22 (4:3), 27 (6:3), 35, 8:4), Asif Zeynalov, 25 (5:3), Renat Sultanov, 28 (7:3)
Qeyd edək ki, Bakı klubu qrup mərhələsindəki ilk oyununda Rusiya "Lokomotiv"inə 0:5 hesabıyla uduzsa da, ardından Fransa "Monpelye"sinə (6:5) və Rumıniya "Konstanta"sına qalib gələrək (10:8), pley-offa yüksəlmişdi.
saytlarin hazirlanmasi