Luis Enrike: “Final oyununda hər bir komandanın üzərində təzyiq olur”
“Uzun müddətdir ki, “Yuventus” kuboku qazana bilmir. Rəqib finalda daha istəkli olacaq. Bunu nəzərə alanda final oyunun bizim üçün çətin olacağını deyə bilərəm. Rəqibi topsuz qoymalıyıq ki, üstünlüyə yiyələnək. Ola bilsin ki, “Yuventus” bizə qarşı tam fərqli oyun qursun”.
Sportal.az xəbər verir ki, bu sözləri “Barselona”nın baş məşqçisi Luis Enrike Çempionlar Liqasının finalında “Yuventus”la qarşılaşmadan öncə deyib.
İspaniyalı mütəxəssis final matçında favoritin olmadığını qeyd edib:
”Final oyununda hər bir komandanın üzərində təzyiq olur. Futbolçular həyacanlı olanda isə vəziyyət daha da çətinləşir. Bu cür oyunlarda hansısa komandanın güclü olduğunu demək olmaz. Çünki finalda oynayan hər iki komanda da kuboku qazanmağa layidir. Ona görə də həllediçi oyunlarda favorit olmur”.
saytlarin hazirlanmasi