"Barselona"nın müdafiəçisi: "Məqsədimiz kuboku İspaniyaya aparmaqdır"

02:05 - 6 İyun 2015

"Əgər qələbə qazansaq mövsümü 3 kubokla başa vuracağıq”
 
Çempionlar Liqası “Yuventus”la final qarşılaşması öncəsi “Barselona”nın aparıcı üzvü Xerard Pike maraqlı açıqlama verib.
 
Sportal.az xəbər verir ki, kataloniyalıların müdafiəçisi Turin təmsilçisinin müdafiəyönlü oyun göstərəcəyini deyib:   
 
“İlk dəqiqələrdən biz hücuma rəqib isə əks-hücumlara bel bağlayacaq. Əsas məqsədimiz kuboku İspaniyaya aparmaqdır. Əgər qələbə qazansaq mövsümü 3 kubokla başa vuracağıq. Kuboku qazanmasaq belə yenə də mövsümü “Barselona” üçün uğurlu saymaq olar”.

Xəbər xətti