İtaliya klubu Konoplyankaya təkilf göndərdi

02:31 - 6 İyun 2015

Ukraynalı futbolçunun müştəriləri artır
 
Avropa Liqasında “Dnepr”in finala qədər irəliləməsi klubun aparıcı üzvlərinin diqqət mərkəzinə düşməsinə səbəb olub.
 
Sportal.az xəbər verir ki, dnepropetrovskilərin lideri Yevgeniy Konoplyanka ilə “Latsio” klubu maraqlanır.
 
Paytaxt təmsilçisi ukraynalı futbolçunun keçidini həll etmək üçün qarşı tərəflə danışıqlara başlayıb. “Latsio” ilə yanaşı, ukraynalı futbolçuya İngiltərənin “Liverpul”, “Stok Siti” və “Tottenhem” klubları yaxından maraq göstərir.
 
Qeyd edək ki, geridə qalan mövsüm “Dnepr”in heyətində 36 oyun keçirən Konoplyanka 8 qol vurub və eyni sayda da məhsuldar ötürmə edib. 

Xəbər xətti