Xorvatiya Bakıya 107 idmançı göndərir

12:55 - 6 İyun 2015

18 idman növü üzrə yarışacaq
 
Xorvatiya “Bakı-2015” birinci Avropa Oyunlarında 18 idman növü üzrə 107 atletlə təmsil olunacaq.
 
Sportal.az xəbər verir ki, komandaya olimpiya mükafatçıları Snjezana Pejcic və Lucia Zaninoviç başçılıq edəcəklər.
 
S.Pejcic 2008-ci il Pekin Olimpiadasının 10 metr məsafəyə atıcılıq, L.Zaninoviç isə 2012-ci il London Olimpiadasının taekvondo üzrə bürünc mükafatçılarıdır.

Xəbər xətti