Tərəflər maliyə məsələsində razılaşmayıb
"Xəzər Lənkəran"ın "İnter"in yarımmüdafiəçisi Asif Məmmədovla danışıqlar apardığı barədə məlumat vermişdik.
Sportal.az-a daxil olan məlumata görə, danışıqlar müsbət yekunlaşmayıb və tərəflər razılığa gəlməyib. Buna səbəb isə futbolçu ilə klub maliyə məsələsində ortaq məxrəcə gələ bilməyib. Artıq cənub klubu Məmmədovun adını transfer siyahısından çıxarıb.
saytlarin hazirlanmasi