Mərakeşli boksçunu məğlub etdi
Avropa və 2 qat dünya çempionu Məhəmmədrəsul Məcidov AIBA Pro Boxing turnirində novbəti görüşünü keçirib.
Sportal.az "Report"a istinadən xəbər verir ki, Azərbaycan milli komandasının lideri Mərakeşdə yerli boksçu Məhəmməd Arju ilə qarşılaşıb.
8 raundluq döyüşdən sonra hakimlər Məcidovun qələbəsini qeydə alıblar - 2:0 (78:74, 78:73, 76:76). Boksçumuz növbəti görüşündə, rusiyalı Maqomed Omarovu məğlub etmiş Rumıniya təmsilçisi Mixay Nistora qarşı keçirəcək.
Daha bir boksçumuz Cavid Çələbiyev isə iyunun 7-də Çində argentinalı Albero Melianla üz-üzə gələcək.
saytlarin hazirlanmasi