“Latsio” hollandiyalı futbolçuyla müqavilə bağlayır
“Mançester Yunayted”in hücumçusu Robin van Persi karyerasını İtaliyada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, 31 yaşlı hollandiyalı futbolçunu “Latsio” klubu düşərgəsinə cəlb edir.
Hollandiya yığmasının aparıcı üzvü paytaxt klubuyla danışıqlar aparmaq üçün Romaya səfər edib. Aeroportda Robin van Persini görən “Roma”nın fanatlarından biri onunla şəkil çəkdirib. İtaliya təmsilçisiylə 4 illik müqavilə bağlayacağı gözlənilən futbolçunun “Latsio”ya keçidi 15 milyon avroya başa gələcək.
Qeyd edək ki, ötən mövsüm “Mançester Yunayted”in heyətində 27 oyuna çıxan hücumçu 10 qol vurub və 2 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi