"Ən çox bəyəndiyim futbolçu Andrea Pirlodur"
“Şaxtyor” klubunun baş məşqçisi Mirça Luçesku Çempionlar Liqasının final matçıyla bağlı maraqlı fikirlər söyləyib.
Sportal.az xəbər verir ki, Donetsk təmsilçisinin çalışdırıcısı “Barselona” - “Yuventus” oyununda azarkeşlik edəcək komandanın adını açıqlayıb.
Rumıniyalı mütəxəssis finalda Turin təmsilçisinə dəstək verəcəyini deyib:
Barselona”ya böyük simpatyam var. Ancaq İtaliya futbolu mənə daha doğmadır. Ona görə də, finalda “Yuventus”a azarkeşlik edəcəyəm. Çünki orada ən çox bəyəndiyim futbolçu Andrea Pirlo oynayır”.
saytlarin hazirlanmasi