"Barselona"nın baş məşqçisi etiraf etdi: "Buffona və Pirloya görə üzülürəm"

02:22 - 7 İyun 2015

“Düşünürəm ki, “Yuventus” üzərində layiqli qələbə qazandıq”
 
Çempionlar Liqasının finalında “Yuventus”a 3:1 hesabı ilə qalib gələn “Barselona” 5-ci dəfə kuboka sahib çıxıb.
 
Sportal.az xəbər verir ki, həlledici görüşdən sonra kataloniyalıların baş məşqçisi Luis Enrike oyunla bağlı fikirlərini bildirib:  
 
“Gözlədimiz kimi oyun çətin keçdi. “Yuventus” əks-hücumlarda yaxşı təsir bağışladı. Erkən qol vurmağımız bizə üstünlük qazandırdı. Hesab bərabərləşəndə bir qədər həyacanlandım. Həmin anda rəqib təzyiqi artırmışdı. Luis Suaresin qolu köməyimizə çatdı.
 
Düşünürəm ki, “Yuventus” üzərində layiqli qələbə qazandıq. Dünyanın ən yaxşı qapıçısı hesab etdiyim Canluici Buffona və ən bəyəndiyim futbolçu Andrea Pirlo üçün də üzgünəm. Hər iki futbolçu “Yuventus”da ÇL-nın kubokunu qazana bilməyib”.                    

Xəbər xətti