Braziliyalı futbolçu İtaliyaya üz tutur
Çempionlar Liqasının finalında “Yuventus”la oyundan sonra “Barselona”nın müdafiəçisi Dani Alveş karyerasını harada davam etdirmək istədiyini açıqlayıb.
Sportal.az xəbər verir ki, 32 yaşlı braziliyalı müdafiəçi növbəti mövsüm “Milan”da çıxış etmək istədiyini açıqlayıb.
“Barselona”yla müqaviləsinin başa çatdığını vurğulayan futbolçu İtaliyanın daha bir klubundan dəvət aldığını deyib:
“Milan”a keçməyə yaxınam. Lakin İtaliyanın daha bir klubundan təkilf almışam. Bütün variantlar üzərində işləyəndən sonra seçim edəcəyəm. Ilk variant olaraq mən “Milan”a üstünlük verirəm”.
saytlarin hazirlanmasi