Azərbaycan komandası "Braqa"ya məğlub oldu

15:01 - 7 İyun 2015

Təmsilçimiz bu gün son matçına çıxacaq
 
Bu gün İtaliyanın Kataniya şəhərində təşkil olunan çimərlik futbolu üzrə "Euro Winners Cup" turnirinə yekun vurulacaq.
 
Sportal.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Amrahbank" klubu 5-8-ci yerlər uğrunda görüşdə Portuqaliyanın "Braqa" komandası ilə qarşılaşıb.
 
Görüş təmsilçimizin 3:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Asif Zeynalovun dubl etdiyi oyunda digər qolu Əbdül Əliyev vurub. Azərbaycan klubu turnirdəki son matçını 7-ci yer uğrunda Polşa "Lodz"una qarşı keçirəcək.

Xəbər xətti