Xorvatiya üçün asan rəqib
AÇ-2016-nın seçmə mərhələsində millimizin rəqibi olan Xorvatiya yığması bu gün yoxlama görüşündə qüvvəsini sınayacaq.
Sportal.az xəbər verir ki, Niko Kovaçın komandası bu gün Cəbəllütariq yığması ilə qarşılaşacaq.
Cırtdan ölkə təmsilçisi ilə oyun xorvatlar üçün AÇ-2016-nın seçmə mərhələsində İtaliya ilə önəmli matça hazırlıq məqsədi daşıyır. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
saytlarin hazirlanmasi