(R) AAAF TV-də yeni layihə

18:17 - 7 İyun 2015

"Çayrud" kafesində

 

AAAF TV yeni layihəyə start verir. “Qurman” adlanacaq bu layihə Azərbaycan, Avropa və dünya mətbəxini özündə əks etdirəcək. Verilişin hər buraxılışında yeni yemək resepti təqdim olunacaq və peşəkar aşpaz tərəfindən hazırlanaraq izləyicilərin ixtiyarına veriləcək.

 

Veriliş AAAF Parkda yerləşən “Çayrud” kafesində çəkiləcək və həmin kafenin aşpazı həm də verilişin aparıcılıq funksiyasını yerinə yetirməklə tamaşaçılara maraqlı məlumatlar verəcək.

 

Verilişin müddətinin 20 dəqiqə olması nəzərdə tutulub.

Xəbər xətti