Argentina millisinin qapıçısı "Beşiktaş"a keçir

19:10 - 7 İyun 2015

Serxio Romero “Sampdoriya”nı tərk edir
 
Argentina milli komandasının qapıçısı Serxio Romero karyerasını Türkiyədə davam etdirə bilər.
 
Sportal.az xəbər verir ki, “Sampdoriya”da forma geyinən qolkiperi “Beşiktaş” klubu düşərgəsinə qatmağa hazırlaşır.
 
Ötən mövsüm “çərçivə”də yerini tutmaq üçün rəqabətdə Emilio Vivianoya uduzan argentinalı kiper “Samdoriya” ilə yollarını ayırmaq istəyir. DÇ-2014-də Argentina yığma komandasının qapısını qoruyan Romeronun yaxın vaxtlarda “Qara qartallar”la razılığa gələcəyi gözlənilir.  
 
Qeyd edək ki, təcrübəli qapıçı geridə qalan mövsüm “Samdoriya”nın heyətində 10 oyun keçirib.      

Xəbər xətti