Salamon Kalu özünə yeni komanda axtarır
“Herta” klubu hücumçusu Salamon Kalunu transferə çıxarıb.
Sportal.az xəbər verir ki, 29 yaşlı kot-divuarlı futbolçu növbəti mövsümə qədər özünə yeni komanda tapmalıdır.
Ötən yay “Lill” klubundan Bundesliqa təmsilçisinə keçən futbolçunun “Herta”yla 2017-ci ilə qədər müqaviləsi vardı. Geridə qalan mövsüm Bundesliqada 27 oyuna çıxan Salamon Kalu 6 qol vurub.
saytlarin hazirlanmasi