Milan təmsilçisi “Atletoko”dan cəld tərpəndi
“River Pleyt” klubunda forma geyinən Matias Kranevitterin transferi uğurunda iki komanda mübarizə aparır.
Sportal.az xəbər verir ki, 22 yaşlı futbolçunu Madrid “Atletiko”su heyətinə qatmağa hazırlaşdığı anda araya İtaliya “İnter”i keçib.
Argentinalı futbolçunu fikrindən daşındırmaq üçün baş məşqçi Roberto Mançini ona İspaniyada deyil, İtaliyada oynamağı məsləhət görüb.
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone isə futbolçunun böyük istedada malik olduğunu deyib:
“Matiasın oyununu izləmişəm. O, mənim oğlumla bir yerdə oynayır. Onun parlaq gələcəyi var. Əgər belə davam etsə, gələcəkdə ulduz futbolçular sırasında yer alacaq”.
Qeyd edək ki, istedadlı yarımmüdafiəçini heyətinə qatmaq üçün “İnter” klubu 7 milyonundan keçməyə hazırdır.
saytlarin hazirlanmasi