Lüsyen Favrla Kevin de Bryün hamını qabaqladı
2014/15 mövsümünün yekunu olaraq Almaniya Bundesliqasında ən yaxşı oyunçusunun və baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, “Volfsburq” klubunun aparıcı üzvü Kevin de Bryün mövsümün ən yaxşı oyunçusu seçilib.
Belçikalı futbolçu Bundesliqada çıxdığı 34 oyunda 10 qol vurub, 21 dəfə məhsuldar ötürmə verib.
Mövsümün ən yaxşı baş məşqçisi isə Münhenqladbax “Borussiya”sının çalışdırıcısı Lüsyen Favr seçilib.
Favrın komandası Bundesliqada 3-cü yeri tutaraq həm mükafatçılar sırasında yer alıb, həm də birbaşa Çempionlar Liqası qrup mərhələsinə vəsiqə qazanıb.
saytlarin hazirlanmasi