Avropa Oyunlarında 59 Olimpiya, 200 dünya çempionu mübarizə aparacaq

10:44 - 8 İyun 2015

6000 atletdən...

 

İyunun 12-28-də Bakıda keçiriləcək Avropa Oyunlarına qatılacaq Olimpiya və dünya çempionlarının sayı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, Bakı-2015-də mübarizə aparacaq 6000 atletdən 150-si Olimpiadanın mükafatçısıdı.

 

Onlar arasında 4 ildən bir keçirilən möhtəşəm yarışın qalibləri üstünlük təşkil edir. Belə ki, 150 Olimpiya mükafatçısından 59-u çempionlardı.

 

Bununla yanaşı, paytaxtımıza kifayət qədər dünya çempionatlarının mükafatçısı gələcək ki, onlardan da təxminən 200-ü mundialın baş mükafatının sahibləridi.

 

Qeyd edək ki, Avropa Oyunları 20 idman növü üzrə keçiriləcək və bunlardan 12-si Rio-2016-ya lisenziya və ya lisenziya xalı verəcək. 

Xəbər xətti