Hücumçu yenidən Madriddə?
“Real”ın yeni baş məşqçisi Rafael Benites “Yuventus”un hücumçusu Alvaro Moratanı komandasında görmək istəyir.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki,” kral” klubunu yeni taktika ilə oynatmaq istəyən təcrübəli mütəxəssis 22 yaşlı futbolçunu Madridə gətirməkdə israrlıdır.
Qeyd edək ki, “Real”ın prezidenti Florentino Peres daha əvvəl “Mançester Siti”nin forvardı Aqueronu transfer etmək istəyirdi.
saytlarin hazirlanmasi