Teves "Atletiko"da?
"Yuventus"un argentinalı forvardı Karlos Teves karyerasını İspaniyada davam etdirə bilər.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Atletiko"nun baş məşqçisi Dieqo Simeone 31 yaşlı futbolçuya zəng edərək onu komandasına dəvət edib. Tevesin yeni mövsümdən "Bona Xuniors"a dönəcəyi gözlənilsə də Simeonenin onun fikrindən daşındıracağı bildirilir.
Qeyd edək ki, argentinalı hücumçu geridə qalan mövsümdə "Yuventus"un heyətində 32 oyunda 20 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi