55 min avronu Portuqaliyaya apararkən saxlanılıb
"Real"ın hücumçusu Kriştiano Ronaldonun anası Dolores Aveyru Madrid hava limanında polislər tərəfindən saxlanılıb.
Sportal.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, buna portuqaliyalı futbolçunun anasının 55 min avronu qaçaqmalçılıq yolu ilə Portuqaliyaya aparmaq istəməsi səbəb olub.
İspaniya qanunlarına görə, bir nəfər 10 min avrodan artıq pulu digər bir ölkəyə apara bilməz. Bu səbəbdən D.Aveyrunun 45 min avrosu müsadirə edilib və o, 10 min avro ilə Portuqaliyaya yola salınıb.
Ronaldonun anası yalnız pulu haradan aldığını izah edəcəyi təqdirdə müsadirə olunmuş 45 min avronun ona qaytarılacağı bildirilir.
saytlarin hazirlanmasi