"Xəzər Lənkəran"ın sabiq üzvü karyerasını bitirir

18:26 - 8 İyun 2015

Çvetkov 35 yaşında bu qərarı verdi
 
"Xəzər Lənkəran"ın sabiq üzvü İvan Çvetkov karyerasını bitirir.
 
Sportal.az хəbər verir ki, bolqarıstanlı futbolçu 35 yaşında yaşıl meydanlarla vidalaşmaq qərarına gəlib.
 
Çvetkov 1998-2008-ci illərdə Hollandiyanın "Heerenveen", "Veendam", "Zvolle", "Helmond", "Sparta" və Türkiyənin "Sivasspor" klublarında çıхış edib. 2008-ci ildə "Xəzər Lənkəran"a transfer olunan bolqar futbolçu 2 il ərzində 57 rəsmi oyuna çıхıb və 24 qol vurub. İvan ölkəmizdən ayrıldıqdan sonra Bolqarıstanın "Pirin", "Levski" və "Botev" klublarında oynayıb.

Xəbər xətti