Komandaya Əliyev rəhbərlik edəcək
"Neftçi" PFK-nın təlim-məşq bazasında Müşahidə Şurasının növbəti iclası keçirilib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Müşahidə Şurasının sədri Çingiz Abdullayevin rəhbərliyi ilə baş tutmuş iclasda klubun gələcək fəaliyyəti, perspektiv planlar, seleksiya prosesi və "Neftçi" PFK-nın Avropa Liqasındakı çıxışı ilə bağlı ətraflı müzakirələr aparılıb. Toplantıda "Neftçi" PFK-nın Avstriyada keçiriləcək təlim-məşq toplanışına və Avropa Liqasının təsnifat mərhələsi oyunlarına baş məşqçi Samir Əliyevin rəhbərliyi altında çıxması barədə qərar qəbul edilib.
saytlarin hazirlanmasi