Futbolçu ilə 4 illik müqavilə imzalanıb
"Borussiya" ikinci transferini açıqlayıb.
Sportal.az хəbər verir ki, Dortmund klubu II Bundesliqasında çıхış edən "1860 Münhen"dən Julian Veyqli heyətinə qatıb. Klubdan verilən məlumata görə, 19 yaşlı futbolçu ilə 2019-cu ilin 30 iyununa qədər müqavilə imzalanıb. Müqavilənin şərtləri barədə açıqlama verilməyib.
Qeyd edək ki, Almaniyanın U-19 və U-20 yığmalarında forma geyinən Veyql "1860 Münhen"in heyətində 38 oyun keçirib.
"Borussiya" mövsüm bitdikdən sonra "Bayer"dən Qonzalo Kastronu transfer etmişdi.
saytlarin hazirlanmasi