Prandelli "Qalatasaray"la müqaviləni ləğv etdi

02:45 - 9 İyun 2015

Tərəflər qarşılıqlı razılıq əsasında anlaşmaya xitam verdi
 
“Qalatasaray”ın sabiq baş məşqçisi Çezare Prandelli klubla quvvədə olan müqaviləsini ləğv edib.
 
Sportal.az xəbər verir ki. ötən ilin yayında baş məşqçi postuna gələn italiyalı mütəxəssisin “sarı-qırmızılılar”la işbirliyi cəmi 4 ay çəkib.
 
Onun başçılığı altında 16 oyuna çıxan komanda 6-da qələbə, 2-də heç-heçə və 8-də məğlubiyyətlə qarşılaşıb.
 
Bu uğursuzluğun ardından baş məşqçiylə yollarını ayıran “aslanlar” Çezare Prandellinin maaşını ödəməli olub. İşləməyə-işləməyə “Qalatasaray”dan pul qoparan mütəxəssis nəhayət müqaviləni qarşılıqlı şəkildə ləğv etməyə qərar verib. Belədə bir araya gələn tərəflər aralarında olan müqaviləyə xitam veriblər.   
 
Qeyd edək ki, müqavilənin şərtlərinə görə Çezare Prandelli “Qalatasaray”da ilinə 5 milyon avro almalı idi.                

Xəbər xətti