7 potensial rəqib
Sabah İsveçrənin Nyon şəhərində futzal üzrə Avropa çempionatının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Sportal.az xəbər verir ki, puşkatmada final mərhələsinin bir addımlığında olan Azərbaycan millisinin son rəqibi müəyyənləşəcək.
Son 3 qitə çempionatının həlledici mərhələsində çıxış edən yığmamız pley-offda mübarizə aparacaq 8 komandadan biri olacaq. Seçmə mərhələdə qrup ikincisi olan 7 yığma – Azərbaycan, Macarıstan, Bosniya və Herseqovina, Çexiya, Slovakiya, Qazaxıstan, Belarus və ən yaxşı nəticəyə malik qrup üçüncüsü – Rumıniya Serbiyadakı yarışa son 4 vəsiqə uğrunda mübarizə aparacaq.
Bakı vaxtı ilə saat 17:00-da başlayacaq püşkatmada 8 iştirakçı 4 cüt təşkil edəcək.
saytlarin hazirlanmasi