"Neftçi" "Şaxtyor"la qarşılaşacaq

12:50 - 9 İyun 2015

Təlim-məşqin proqramı bəlli oldu

 

Növbəti mövsüm Avropa Liqasında iştirak edəcək “Neftçi”nin yay təlim-məşq toplanışı üçün proqramı məlum olub.

 

Sportal.az xəbər verir ki, iyunun 17-də bir araya gələcək komanda Samir Əliyevin rəhbərliyi altında  10 günlük toplanış keçəcək. Bu müddətdə “Neftçi” 3 yoxlama görüşündə qüvvəsini sınayacaq. Belə ki, iyunun 21-də, 24-də və 27-də Əliyev yetirmələrini sınaqdan keçirəcək.

 

Artıq bir sparrinq-rəqibin adı da bəllidi. Komanda ayın 27-də Donetsk “Şaxtyor”u ilə münasibətlərinə aydınlıq gətirəcək. Digər iki rəqibin kimliyi isə yaxın günlərdə bilinəcək.

Xəbər xətti