"Yuventus" "Real"ın futbolçusunu heyətinə qatdı,4 illik müqavilə

18:42 - 9 İyun 2015

Xedira A Seriyasında

 

"Real"ın almaniyalı yarımmüdafiəçisi Sami Xedira növbəti mövsümdən "Yuventus"un şərəfini qoruyacaq.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, "qoca sinyora" 28 yaşlı futbolçu ilə 4 illik müqaviləyə imza atıb. 

 

Qeyd edək ki, Xediranın "Yuventus"da qazanacağı məbləğ hələlik bəlli deyil.

Xəbər xətti