Bir sıra tanınmışların iştirakı ilə...
"Bakı-2015” I Avropa Oyunları məşəli artıq İçərişəhərə gətirilib.
Sportal.az xəbər verir ki, müğənni Faiq Ağayev məşəli cüdo üzrə olimpiya çempionumuz Elnur Məmmədliyə təhvil verib. Daha sonra estafeti qəbul edən idmançımız məşəli götürərək İçərişəhər istiqamətindəhərəkət edib.
Olimpiya çempionumuzdan sonra məşəli Abbas Əzimov (veteran atlet), Bəhram Bağırzadə(aktyor), Həsən Əliyev (güləşçi), Alla Həsənova (voleybolçu), Yalçın Adıgözəlov (xalq artisti) Ənvər Sadıqov (musiqiçi), Şəfiqə Məmmədova (aktrisa / xalq artisti), Spiros Karpalos (Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının sədri), Tünzalə Ağayeva (müğənni) daşıyıb.
Proqrama əsasən, "Bakı-2015” I Avropa Oyunları məşəli Şirvanşahlar Sarayına gətirilib.