Ukrayna KİV-i Azərbaycan jurnalistləri haqqında xoşagəlməz rəy bildirdilər

20:17 - 9 İyun 2015

Kaxaber Tsxadadze və onun Azərbaycan jurnalistləri ilə münasibətlərinə toxunulub
 
Bu gün Gürcüstan və Ukraynanın futbol üzrə yığmaları arasında yoldaşlıq görüşü keçiriləcək.
 
Sportal.az xəbər verir ki, Gürcüstan yığmasını təqdim edən Ukrayna nəşri “sport-Ekspress v Ukraine” gürcü komandasının baş məşqçisi, eyni zamanda Bakının “İnter” komandasının baş məşqçisi olan Kaxaber Tsxadadze və onun Azərbaycan jurnalistləri ilə münasibətlərinə toxunub.
 
“2014-cü ilin noyabr ayının 14-də baş tutan və 0:4 hesabı ilə sona çatan Tbilisi-Polşa oyunu məşqçinin dəyişdirilməsinə gətirib çıxardı. Çempionlar Liqasında qrup turnirinə çıxan ilk Kipr komandası olan “Antorsis”də özünü təsdiqləyən Temuri Ketsbayın yerinə Kaxa Tsxadadze gəldi. Ona eyni zamanda Bakının “İnter”ində də məşqçi vəzifəsində qalmağa icazə verdilər” - Ukrayna KİV-i yazır.
 
Amma mayın sonunda Tsxadadze oradan böyük qalmaqal və yerli mətbuatın xoşagəlməz şərhləri ilə ayrıldı.
 
Ordakı jurnalistlər ümumiyyətlə, xaricilərdən mənəvi intiqam almağa həvəslidirlər. Yığma ilə heç Berti Foqtsun da normal işləməsinə imkan vermədilər. “Qəbələ”nin ilk uğursuzluqlarından sonra Roman Qriqorçukun Ukraynaya hələ aprelə qədər qayıdacağını deyirdilər. “İnter”də 2009-cu ildən çalışan (Azərbaycan üçün inanılmaz müddətdir) Tsxadadze də öz payını aldı. Nə olsun ki, yarım il maaş verilməyib (Azərbaycan KİV-i iddia edirdilər ki, gürcüyə ayda 30 min dollar düşürdü).
 
Beş il Kaxaber Cumberoviçdən hamını qane salırdı, indi isə o “araqarışdıran” və “məşqçiyə bənzər” (xatırlayırsınızsa sabiq spartakçı Artem Dzüba, Moskvadan sonra “Sevilya” ilə iki Avropa Liqasında qalib gələn Unai Emerini belə adlandırırdı).
 
“Tsxadadze yenə də Azərbaycanı axmaq yerinə qoymağa cəhd etdi, amma nəticədə özü axmaq yerində qaldı”.
 
Bu bütün sərhədləri aşır. Amma maraqlısı odur ki, onun “İnter”dək işini, onun asistenti, Kuboklar kuboku-1981-in sahibinə - Zaur Svanadzeyə tapşırılıb”.

Xəbər xətti