"Qalatasaray" baş məşqçisi ilə yeni müqavilə imzaladı

20:32 - 9 İyun 2015

Hamza Hamzaoğlu daha 3 il "sarı-qırmızılılar"da
 
"Qalatasaray" baş məşqçisi Hamza Hamzaoğlu ilə müqavilənin müddətini uzadıb.
 
Sportal.az xəbər verir ki, onunla üç illik yeni müqavilə imzalanıb. Müqavilənin şərtlərinə əsasən, o, illik 1.5 milyon avro qazanacaq. Qeyd edək ki, H.Hamzoğlu başa çatan mövsümdə "Qalatasaray"la Türkiyə superliqasını və ölkə kubokunu qazanıb.

Xəbər xətti