Bosniya və Herseqovina "Bakı-2015"də 57 idmançı ilə təmsil olunacaq

21:57 - 9 İyun 2015

Bu barədə mətbuat konfransında məlumat verilib
 
Bosniya və Herseqovina ilk Avropa Oyunlarında 57 idmançı ilə təmsil olunacaq.
 
Sportal.az xəbər verir ki, bu barədə Sarayevoda “Bakı-2015”lə bağlı keçirilmiş mətbuat konfransında məlumat verilib.
 
Köhnə qitənin ilk böyük miqyaslı yarışı olan “Bakı-2015”dən bəhs olunan tədbirdə yarışların 50 ölkədən 6 mindən artıq atleti bir araya gətirəcəyi vurğulanıb. Bildirilib ki, ilk Avropa Oyunlarının proqramına Olimpiya idman növləri ilə yanaşı, dörd qeyri-olimpiya idman növü də daxildir. Bu yarış, həmçinin bəzi idman növləri üzrə 2016 Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyır.
 
Diqqətə çatdırılıb ki, “Bakı-2015”də 57 idmançı və 19 məşqçi ilə təmsil olunacaq Bosniya və Herseqovina nümayəndə heyətinə Said Fazlagiç başçılıq edəcək. Bu ölkəni təmsil edəcək idmançılar 8 idman növü (atletika, üzgüçülük, boks, avarçəkmə, cüdo, velosiped, atıcılıq, stolüstü tennis) üzrə mübarizə aparacaqlar.

Xəbər xətti