Yenidən Sxadadzenin köməkçisi
"Simurq"dan məlum səbəblərə görə ayrılan Georgi Çixradze rəsmən Gürcüstan millisi ilə ilk oyununa çıxıb.
Sportal.az xəbər verir ki, baş məşqçi Kaxaber Sxadadzenin köməkçisi vəzifəsində çalışan Çixradze milli ilə çıxdığı ilk oyunda məğlubiyyətlə üzləşib. Belə ki, dünən Ukrayna ilə yoldaşlıq görüşü keçirən Gürcüstan 1:2 hesablı məğlubiyyətə düçar olub.