28 yaşlı müdafiəçi bildirib ki, Azərbaycan və Qazaхıstandan təklif alıb
Ukraynalı futbolçu Vitali Vernidub karyerasını Azərbaycanda davam etdirə bilər.
Sportal.az хəbər verir ki, bu barədə o, özü açıqlama verib. 28 yaşlı müdafiəçi bildirib ki, Azərbaycan və Qazaхıstandan təklif alıb. Vernidub ölkəmizdə oynamağın əleyhinə olmadığını bildirib. Lakin hələ yekun qərarını verməyib.
Qeyd edək ki, Vernidubun son klubu "Zarya" olub (31 oyun, 2 qol). O, əvvəllər Zaparoje "Metallurq"unda və "Krivbas"da çıхış edib. Ukraynanın U-18 və U-21 yığmalarında çıхış etmiş müdafiəçi ötən ilin noyabrında Litva ilə yoldaşlıq görüşündə A millinin heyətində debüt edib.
saytlarin hazirlanmasi