Kamran Ağayevli "Kayserispor"un yeni baş məşqçisi rəsmən bəlli oldu

15:57 - 10 İyun 2015

Okan Buruk çalışdıracaq

 

Millimizin qolkiperi Kamran Ağayevin çıxış etdiyi "Kayserispor"da yeni baş məşqçi təyinatı rəsmiləşib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kayseri təmsilçisi Okan Burukla müqaviləyə imza atıb. Müqavilənin müddəti isə hələlik bəlli deyil. 

 

Xatırladaq ki, "Kayserispor"la müqaviləsi başa çatan Kamran Ağayevin də komandadakı gələcək taleyinə baş məşqçinin verəcəyi qərardan asılı olacaq. Qeyd edək ki, Okan Buruk məşqçilik karyerası ərzində "Elazığspor" , "Qaziantepspor" və Türkiyə millisində köməkçi vəzifəsində çalışıb.

Xəbər xətti