60 uşaq seçildi
“Neftçi” PFK-nın Futbol Akademiyasına seçiləcək uşaqlar üçün seleksiya xarakterli təlim-məşq toplanışı keçirilib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, “Ruslan-93” idman kompleksində baş tutmuş təlimdə 2007, 2008 və 2009-cu il təvəllüdlü 115 uşaq iştirak edib. Seleksiya xarakterli məşqi izləyənlər arasında “Neftçi” PFK-nın icraçı direktoru Elnur Məmmədovla yanaşı, klubun digər rəsmiləri vəveteran futbolçular iştirak ediblər. Əməkdar məşqçi İslam Kərimovun rəhbərliyi altında keçirilən təlim-məşq toplanışlarından indiyə kimi 60 uşaq seçilib.
Bakı şəhərinin Nizami rayonu üzrə aparılan seleksiya xarakterli məşqlər hər həftənin şənbə və bazar günləri “İnter Arena”da, 2-ci və 4-cügünlər isə“Ruslan-93”idman kompleksində təşkil olunur. Bütün məşqlər saat 11:00-dan 12:30-dək davam edir. Toplanışlara qatılmaq istəyən 2007, 2008 və 2009-cu il təvəllüdlü uşaqlardan doğum haqqında şəhadətnamənin surəti və 3x4 ölçüdə2 ədəd foto tələb olunur. Seleksiya xarakterli məşqlər davam etdirilir və gələcəkdə layihə Bakının digər rayonlarında da həyata keçiriləcək.
saytlarin hazirlanmasi