"Qalatasaray" daha bir futbolçunu heyətinə qatır

19:34 - 10 İyun 2015

Hamza Hamzaoğlu açıqlamasında bildirib
 
Son Türkiyə çempionu “Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.
 
Sportal.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Hamza Hamzaoğlu “NTVspor”a açıqlamasında məlumat verib. Onun sözlərinə görə, “Akhisar”dan ayrılan yarımmüdafiəçi Bilal Kısa ilə yaxın günlərdə müqavilə imzalanacaq.
 
Qeyd edək ki, 31 yaşlı futbolçu bir vaxtlar “Fənərbaxça”nın da şərəfini qoruyub.

Xəbər xətti