Avroliqanın qalibi "Trabzonspor"da

19:52 - 10 İyun 2015

"Sevilya"nın futbolçusu Qaradəniz təmsilçisində
 
Türkiyənin “Trabzonspor” klubu uzun müddətdir maraqlandığı kamerunlu futbolçu Stefan M'bianın keçidini rəsmiləşdirib.
 
Sportal.az xəbər verir ki, Avropa Liqasının son qalibi “Sevilya”nın yarımmüdafiəçisi ilə bu gün üç illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, “Sevilya” ilə müqaviləsi başa çatan 29 yaşlı futbolçunu Milan “İnter”i də transfer etmək istəyiridi. 

Xəbər xətti