Digər 5 potensial ev sahibi ilə danışıqlar aparılacaq
Hollandiya 2019-cu ildə ikinci Avropa Oyunlarına ev sahibliyi hüququndan imtina edib.
Sportal.az xəbər verir ki, Hollandiya hökuməti bildirib ki, 57,5 milyon avroluq xərc yerli, əyalət və milli hakimiyyət orqanları üçün həddindən artıq çoxdu.
Hökumət həmçinin 2019-cu ildə üzgüçülük və yüngül atletika üzrə Avropa çempionatlarını əsas gətirib. Qeyd edilib ki, bu turnirlər Avropa Oyunları ilə eyni vaxta düşdüyündən aparıcı idmançıların sözügedən yarışlarda lazımınca təmsil olunmasını şübhə altına qoyur.
Bu qərardan təəssüfləndiyini dilə gətirən Avropa Olimpiya Komitəsinin rəhbəri Patrik Hikki bildirib ki, digər 5 potensial ev sahibi ilə danışıqlar aparılacaq. Amma həmin 5 namizəd ölkənin hansılar olduğu hələlik məlum deyil.
İyunun 12-dən 28-dək Azərbaycanda ilk Avropa Oyunları keçiriləcək.
saytlarin hazirlanmasi