Beynəlxalq qurumda axtarış gedir
	 
	İsveçrənin Baş Prokuroru FİFA-nın bəzi məmurlarına məxsus olan kompüterləri müsadirə olunmasına qərar verib.
	 
	Sportal.az xəbər verir ki, hüquq-mühafizə orqanları hələlik konkret ad çəkməyiblər. 
	 
	BBC-nin əməkdaşı Riçard Konvey bildirib ki, prokurorluğun məlum reydi qurumun prezidenti Yozef Blatter, vitse-prezident Jerom Valke və maliyyə departamentinin rəisinin kompüterlərinə qarşı edilib.
	 
	Müsadirə olunan kompüterlərdə əsas axtarış obyekti DÇ-2018 və DÇ-2022 ilə bağlı sənədlər olacaq.
                      
saytlarin hazirlanmasi