Elxan Məmmədov özbəklərə yaxşı-yaxşı baxsın, baxsın və utansın!

12:24 - 11 İyun 2015

Əkələr qədər ola bilmədiz

 

Bir işin başında naşı, bacarıqsız, yalnız görüntü xatirinə iş görən insanlar dayanıbsa, hər hansı bir ciddi nəticəyə ümid etmək mənasızdır. Belələri adətən ixtiyarında olan pulları dağıtmaqla diqqət çəkir.

 

AFFA-nın baş katibi Elxan Məmmədov aşağı yaş qrupları üzrə millilərimiz adına milyonlarla vəsait xərcləyib. Düzdür, həmin milyonların çoxu onun alman dostlarının cibinə gedib ki, həmin pulun son ünvanını araşdırsalar, FİFA-dakı qalmqaldan daha betəri bizim AFFA-da da ola bilər. Hər halda, bunu zamanın ixtiyarına buraxaq...

 

Fakt odur ki, Elxan Məmmədovun de-fakto AFFA-ya rəhbərlik etdiyi bu 7-8 ildə aşağı yaş  qrupları üzrə yığmalarımız yerində sayıb, heç bir ciddi nəticə əldə olunmayıb.  

 

Bu qədər alman məşqçi, bu qədər xərcin qarşılığı budurmu?

 

Hal-hazırda Yeni Zenlandiyada U-20 milliləri arasında dünya çempionatının final mərhələsi keçirilir. Artıq 1/4 finala çıxan bəzi komandaların adlarına da aydınlıq gəlib. 1/4-ə çıxanlar arasında Özbəkistan yığması da var. Onlar 1/8 finalda Avstriyanı məğlub ediblər. Kim bilir, bir də gördüz 1/4-də Seneqala da qalib gəldilər.

 

Elxan Məmmədov özbəklərə yaxşı-yaxşı baxsın, baxsın və utansın. Başqa vaxtı əkələri bəyənmirsiz. Amma siz heç əkələr qədər ola bilmədiz.

 

Sportal.az 

Xəbər xətti