Millimizin rəqibləri nə vaxt bəlli olacaq?

13:39 - 11 İyun 2015

Avropa seçimləri

 

İyulun 2-də Nyon şəhərində futzal üzrə DÇ-2016-nın seçmə mərhələsinin püşkü atılacaq.

 

Sportal.az xəbər verir ki,  Kolumbiyada keçiriləcək mundialın Avropa ölkələri üzrə seçimləri 3 mərhələdən ibarət olacaq. Millimiz dünya reytinqində 11-ci olduğuna görə, əsas seçmə mərhələdən mübarizəyə başlayacaq.

 

Əsas seçmə mərhələnin oyunları bu ilin 10-13 dekabrın keçiriləcək. Pley-off mərhələsinin oyunları isə 2016-cı ilin 22 mart və 12 aprelinə təsadüf edəcək.

 

Xəbər xətti